ANAMA-nın nümayəndələri Mina Əməliyyatları üzrə Milli Proqram Direktorlarının görüşünə qatılacaq
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) nümayəndələri 16-19 fevral tarixlərində Cenevrədə Mina Əməliyyatları üzrə Milli Proqram Direktorları və BMT müşavirlərinin 19-cu beynəlxalq görüşündə iştirak edəcəklər.
Bu barədə “AzeriDefence”yə ANAMA-dan məlumat verilib.
İclasda humanitar minatəmizləmə sahəsində dünyada görülən işlər barədə hesabatlar dinləniləcək, dövlətlərin ən yaxşı təcrübələri müzakirə olunacaq.
Tədbirdə Azərbaycanı ANAMA-nın direktoru Qəzənfər Əhmədov və əməliyyatlar üzrə nümayəndə Tural Məmmədzadə təmsil edəcəklər.
KATEQORIYA: Demining