ANAMA-nın nümayəndəsi Moskvada beynəlxalq konfransda iştirak edəcək

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Akademiyasında Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birgə noyabrın 7 və 8-də humanitar mina təmizləmə mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə “AzeriDefence” Rusiya FHN-in saytına istinadən məlumat verib.

Rusiya, Moldova, Azərbaycan, Belarus, İsveçrə, Norveç, Ukrayna, Ermənistan, Tacikistan, Dnestryanı, Cənubi Osetiya, və s. dövlətlərdən və münaqişə bölgələrindən nümayəndələrin qatılacağı beynəlxalq konfransda humanitar mina təmizləmə, tələblər və problemlər müzakirə olunacaq.

Azərbaycandan konfransda Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş əməliyyat meneceri Samir Poladov iştirak edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş