ANAMA-nın sədri BQXK-nin nümayəndə heyəti ilə görüşüb

ANAMA-nın sədri BQXK-nin nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndə heyətinin rəhbəri Ariane Baueranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “Poliqon”a ANAMA-dan məlumat verilib.

İşğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları, eləcə də qarşıya qoyulmuş prioritetlərə əsasən müəyyən olunan ərazilərin təmizlənməsi barədə nümayəndə heyətinin rəhbərinə məlumat verilib.

Görüş zamanı humanitar minatəmizləmə, o cümlədən partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə, minadan zərərçəkənlərə yardım sahəsində həyata keçirilən layihələr və bu sahədə gələcəkdə birgə əməkdaşlıq üzrə müzakirələr aparılıb.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş