ANAMA noyabr ayında 5 milyon kvadratmetrdən artıq ərazini minadan təmizləyib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən noyabr ayı ərzində 5 032 184 kvadrat metr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Bu barədə “AzeriDefence”yə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Əməliyyatlar nəticəsində 125 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 488 nəfər minaaxtaran mütəxəssis və 112 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.

ANAMA tərəfindən indiyədək cəmi 314 455 648 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 713 895 olub.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağcabədi, Ağstafa, Beyləqan, Füzuli, Gəncə, Göygöl, Xocavənd, Qazax, Abşeron, Samux və Tərtər rayonlarında davam etdirilir.

Noyabr ayı ərzində Azərbaycanda mina/PHS hadisəsi qeydə alınmayıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş