ANAMA ötən ay ərzində aparılan əməliyyatlar barədə məlumat yayıb

ANAMA ötən ay ərzində aparılan əməliyyatlar barədə məlumat yayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2021-ci ilin aprelində aparılan minatəmizləmə əməliyyatları zamanı ümumilikdə 2 847 807 m2 (285 ha) ərazi yoxlanılıb, 364 ədəd piyada və 148 ədəd tank əleyhinə mina, 1098 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.

Ümumi olaraq 2020-ci ilin noyabrın 10-dan 2021-ci il aprelin 30-a kimi aparılan minatəmizləmə əməliyyatları zamanı 20 280 727 m2 (2028 ha) ərazi yoxlanılıb, 7086 ədəd piyada və 3574 ədəd tank əleyhinə mina, 7943 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş