ANAMA ötən ay 225 ədəd PHS, 2 ədəd mina zərərsizləşdirib – FOTOLAR

ANAMA ötən ay 225 ədəd PHS, 2 ədəd mina zərərsizləşdirib – FOTOLAR

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2020-ci ilin avqust ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.

Azeri Defence saytının ANAMA-nın nətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqust ayı ərzində Agentlik tərəfindən Ağstafa, Astara, Bərdə, Cəbrayıl, Füzuli, Xocavənd, Qazax, Oğuz, Siyəzən, Şəmkir, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə və Lənkəran şəhərləri ərazisində 635 576 m² (63,56 ha) ərazi yoxlanılıb.

Əməliyyatlar nəticəsində 225 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina (cəmi: 227 ədəd) və 2 279 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 579 nəfər əməliyyat heyəti, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

Avqust ayı ərzində Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 32 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağstafa, Astara, Bərdə, Füzuli, Qazax, Oğuz, Siyəzən, Şəmkir, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə və Lənkəran şəhərləri ərazisində 10 173 m² ərazi yoxlanılıb. 49 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina (cəmi: 51 ədəd) və 2 279 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Ümumiyyətlə, Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 546 151 969 m² (54 615,2 ha) ərazi təmizlənib, 808 212 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

2020-ci ilin avqust ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş