ANAMA: Ötən ay 566 ədəd PHS, 15 ədəd mina və 1 153 ədəd patron zərərsizləşdirilib

ANAMA: Ötən ay 566 ədəd PHS, 15 ədəd mina və 1 153 ədəd patron zərərsizləşdirilib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Mlli Agentlik (ANAMA) tərəfindən fevral ayı ərzində Ağdam, Ağcabədi, Ağstafa, Astara, Cəbrayıl, Füzuli, Qazax, Qaradağ, Sabirabad, Salyan, Şəmkir, Tovuz, Tərtər, Xızı, Ucar rayonları və Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərləri ərazisində 738 605 m² (73,86 ha) ərazi yoxlanılıb.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, ötən ay ərzində 566 ədəd partlamamış hərbi sursat (PHS), 4 ədəd piyada əleyhinə, 11 ədəd tank əleyhinə mina (cəmi 581 ədəd) və 1 153 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 459 nəfər əməliyyat heyəti, 125 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.

Fevral ayı ərzində Agentliyə daxil olmuş (cəmi: 27 çağırış) müraciətlər əsasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 27 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub.

Nəticədə Ağcabədi, Ağstafa, Astara, Füzuli, Xızı, Qazax, Salyan, Sabirabad, Şəmkir, Ucar, Tovuz rayonları, Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərləri ərazisində 11 490 m² ərazi yoxlanılıb, 57 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina, 9 ədəd tank əleyhinə mina (cəmi: 68 ədəd) və 1 154 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Ümumiyyətlə, Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 543 198 172 m² (54 320 ha) ərazi təmizlənib, 806 907 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Məlumatda o da qeyd olunub ki, fevral ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş