ANAMA: Ötən gün cəbhəboyu rayonlarda 26 əməliyyat çıxışı olub

ANAMA: Ötən gün cəbhəboyu rayonlarda 26 əməliyyat çıxışı olub

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə oktyabrın 31-də Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Tərtər və Yevlax rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 25 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 1 müraciət daxil olub.

ANAMA-dan Azeri Defence saytına verilən məlumata görə, faxil olmuş 26 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Arazbar, Hacılar, Kəbirli, Mahrızlı kəndləri, Ağdam rayonunun Xındırıstan, Əhmədağalı, Üçoğlan kəndləri və Qarqar çayının sahili, Bərdə şəhəri Vaqif küçəsi, Füzuli rayonunun Şükürbəyli, Babı, Alxanlı kəndləri və Horadiz şəhəri, Tərtər rayonunun Qaynaq, Yuxarı Qapanlı kəndləri, Şıxarx qəsəbəsi, Bağırov küçəsi, Yevlax rayonunun Kolanı kəndi ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 24 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843), 1 ədəd tank əleyhinə idarə olunmayan RPQ-18 silahı (PQ-18 raketi ilə), 1 ədəd tank əleyhinə idarə olunmayan RPQ-26 silahı (PQ-26 raketi ilə), 1 ədəd tank əleyhinə idarə olunan 9K111 silahı (9M111 raketi ilə), 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 25 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş