ANAMA ötən həftə ərzində aparılan əməliyyatlar barədə məlumat yayıb

ANAMA ötən həftə ərzində aparılan əməliyyatlar barədə məlumat yayıb

İşğaldan azad edilmiş ərazilərin Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2021-ci il aprel ayının 5-dən 10-na qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 607 170 m2 (60.7 ha) ərazi yoxlanılıb, 90 ədəd piyada və 47 ədəd tank əleyhinə mina, 435 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş