ANAMA ötən il ərzində ərazilərin mina və PHS-lərdən təmizlənməsi əməliyyatları barədə məlumat yayıb – FOTOLAR

ANAMA ötən il ərzində ərazilərin mina və PHS-lərdən təmizlənməsi əməliyyatları barədə məlumat yayıb – FOTOLAR

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2020-ci il ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.

ANAMA-dan “Azeri Defence”ə verilən məlumata görə, 2020-ci il ərzində Agentlik tərəfindən Abşeron, Ağdam, Ağdaş, Ağcabədi, Ağstafa, Astara, Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Gədəbəy, Göygöl, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Zəngilan, Xızı, Xocavənd, Xaçmaz, İmişli, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şəmkir, Oğuz, Qəbələ, Qubadlı, Quba, Qazax, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Şuşa, Lənkəran və Mingəçevir şəhərləri ərazisində 7 622 217 m² (762 ha) ərazi yoxlanılıb.

5 669 ədəd partlamamış hərbi sursat (PHS), 4 563 ədəd piyada əleyhinə, 3 281 ədəd tank əleyhinə mina (cəmi: 13 513 ədəd) və 39 789 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.

2020-ci il ərzində Agentliyə daxil olmuş 2 560 siqnal (əməliyyat çağırışı) əsasında 2 055 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub.

Nəticədə Abşeron, Ağdam, Ağdaş, Ağcabədi, Ağstafa, Astara, Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Gədəbəy, Göygöl, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Zəngilan, Xızı, Xocavənd, Xaçmaz, İmişli, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şəmkir, Oğuz, Qəbələ, Qubadlı, Quba, Qazax, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Şuşa, Lənkəran və Mingəçevir şəhərləri ərazisində 1 607 720 m² (161 ha) ərazi təmizlənib.

3 613 ədəd partlamamış hərbi sursat (PHS), 4 559 ədəd piyada əleyhinə mina, 3 278 ədəd tank əleyhinə mina (cəmi: 11 450 ədəd) və 39 789 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 548 851 305 m² (54 885 ha) ərazi təmizlənib, 819 369 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

2020-ci il ərzində Ağdam, Ağcabədi, Ağstafa, Cəbrayıl, Füzuli və Qaradağ rayonları ərazisində 7 mina/PHS hadisəsi qeydə alınıb, nəticədə 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 6 nəfər isə həlak olub.

Cari ilin 27 sentyabr tarixindən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlər nəticəsində 93 nəfər həlak olub, 410 nəfər yaralanıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş