ANAMA ötən ay 275 ədəd PHS, 3 ədəd tank əleyhinə mina zərərsizləşdirib

ANAMA ötən ay 275 ədəd PHS, 3 ədəd tank əleyhinə mina zərərsizləşdirib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 2020-ci ilin mart ayı ərzində Abşeron, Ağdam, Ağstafa, Beyləqan, Cəbrayıl, Daşkəsən, Füzuli, Gədəbəy, Göygöl, Qazax, Sabirabad, Tərtər, Xızı, Xocavənd rayonları və Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Lənkəran şəhərləri ərazisində 247 265 m² (25 ha) ərazi yoxlanılıb.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Agentlik tərəfindən ötən ay 275 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd tank əleyhinə mina (cəmi 278 ədəd) və 583 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 495 nəfər əməliyyat heyəti, 124 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 45 minaaxtaran it iştirak edir.

Mart ayı ərzində ANAMA-nın Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 21 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Abşeron, Ağdam, Ağstafa, Beyləqan, Daşkəsən, Füzuli, Gədəbəy, Göygöl, Sabirabad, Xızı, Qazax rayonları, Bakı, Lənkəran, Mingəçevir və Sumqayıt şəhərləri ərazisində 9 690 m² ərazi yoxlanılıb. 81 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd tank əleyhinə mina (cəmi: 84 ədəd) və 583 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Ümumiyyətlə, Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 543 445 437 m² (54 345 ha) ərazi təmizlənib, 807 185 ədəd mina və partlamamış hərbi sursat (PHS)  tapılaraq zərərsizləşdirilib.

Məlumatda o da qeyd olunub ki, 2020-ci ilin mart ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş