ANAMA: Ötən gün Xızıda partlayan anbardan ətrafa dağılan daha 922 ədəd partlamamış sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunları ilə birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, sentyabrın 13-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Şurabad kəndi ərazisində 2 əkin sahəsinə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 922 ədəd partlamamış hərbi sursat (PHS),  25 ədəd partlamış-yanmış mərmi qalıqları və 599 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 1 373 194 kv.m (137.32 ha) ərazi yoxlanılıb.

Ümumilikdə, 18 gün ərzində 12 ev, 44 evin həyətyanı sahəsinə, 9 ferma ərazisinə, 22 əkin sahəsinə, 9 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib.

Əməliyyat-axtarış tədbirləri zamanı 5 237 ədəd partlamamış hərbi sursat (PHS), 3 137 ədəd partlamış-yanmış sursat qalıqları və 4 696 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 32 301 953 kv.m (3 230.20 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş