ANAMA pandemiya ilə mübarizədə fəal iştirakına görə DİN əməkdaşlarına minnətdarlığını bildirib

ANAMA pandemiya ilə mübarizədə fəal iştirakına görə DİN əməkdaşlarına minnətdarlığını bildirib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) COVID-19 pandemiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdə fəal iştirakına görə, Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarına minnətdarlığını bildirib.

Bu barədə “AzeriDefence”ə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

“Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik COVID-19 pandemiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərdə fəal iştirakına, aparılan təcili və təxirəsalınmaz tədbirlər zamanı göstərdikləri məsuliyyət və fədakarlığa, eyni zamanda xüsusi karantin rejimində əhaliyə qarşı göstərilən xüsusi qayğı və fasiləsiz xidmətə görə Daxili İşlər Nazirliyinin əməkdaşlarına öz dərin minnətdarlığını bildirir, bu çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayır”, – deyə ANAMA-nın məlumatında bildirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş