ANAMA Qaradağda top, Xızıda raket mərmisi aşkarlayıb

ANAMA Qaradağda top, Xızıda raket mərmisi aşkarlayıb

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik iyunun 11-də Qarabağ və Xızı rayonları ərazisində əməliyyat keçirib.

​ANAMA-dan “AzeriDefence”ə verilən məlumata görə, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni yaşayış sahəsi, 22-ci küçədə 10-15 sm uzunluğunda güllənin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim​ keçmiş itlərdən ibarət kinoloji qrupları, dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd boş vəziyyətdə 20 mm-lik top mərmisi (BZ) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

​Top mərmisinin ətrafında 150 kv.m əraziyə yerüstü, 150 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

​Bundan başqa Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xızı rayonu, Giləzi qəsəbəsi ərazisindən keçən Samur-Abşeron su kanalının yaxınlığından 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Xızı rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Xızı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 107 mm-lik raket (TR-107) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

​Raketin ətrafında 1 000 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş