ANAMA Qazaxda 59 ədəd partlamamış döyüş sursatını zərərsizləşdirib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Qazax şəhəri Əhməd Seyidov küçəsində çox sayda partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bu barədə “AzeriDefence”yə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Dekabrın 3-də həyata keçirilmiş əməliyyat zamanı yol kənarında yığılmış dəmir toplantısının arasından 59 ədəd partlamamış hərbi sursat (1 ədəd 37 mm-lik top mərmisi (OR-167N), 4 ədəd 85 mm-lik top mərmisi (BR-365), 49 ədəd 100 mm-lik top mərmisi (44 ədəd BR-412, 3 ədəd ZBK-5, 2 ədəd O-415), 3 ədəd 122 mm-lik top mərmisi (2 ədəd OF-56, 1 ədəd A-1-J), 1 ədəd 125 mm-lik top mərmisi (OF-26) və 1 ədəd əl qumbarası (F-1)) aşkar edilərək götürülüb.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 03 dekabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 şərab zavodu, 1 qoruq ərazisi, 1 çınqıl karxanası və 1 dəmiryolu stansiyası ərazisinə baxış keçirilib. Nəticədə 4 017 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 45 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş