ANAMA Qazaxda top mərmiləri aşkar edib

ANAMA Qazaxda top mərmiləri aşkar edib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Dövlət Sərhəd Xidmətindən Qazax rayonu, Cəfərli kəndi ərazisində 10 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan “AzeriDefence”ə verilən məluamta görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazisində otlaq sahəsinə baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 4 ədəd 45 mm-lik top mərmisi (BR-240), 1 ədəd partladıcı (VDM) və 5 ədəd tərkibində partlayıcı maddə olmayan 45 mm-lik top mərmisi (BR-240) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınib.

Top mərmilərinin və partladıcının ətrafında 200 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş