ANAMA son 3 ayda 1 562 ədəd partlamamış hərbi sursatı zərərsizləşdirib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən aprel ayının 7-dən iyun ayının 30-dək respublika ərazisində 1562 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib.

Bu barədə “AzeriDefence”yə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Ümumilikdə, Agentlik tərəfindən 7 aprel – 30 iyun 2016-cı il tarixləri ərzində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Zərdab, Şəmkir, Cəlilabad, Goranboy, Ucar Tovuz, Qazax, Ağstafa, Astara, Bərdə rayonlarında və Bakı, Sumqayıt və Mingəçevir şəhərlərində 620 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 28 ferma və əkin sahələrinə baxış keçirilib. Əməliyyatlar zamanı 1 562 ədəd partlamamış hərbi sursat və 14 ədəd piyada əleyhinə mina (PMN), 1 ədəd OZM-72 piyada əleyhinə mina, 3 ədəd POMZ-2 piyada əleyhinə mina və 8 ədəd tank əleyhinə mina  aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış minaaxtaran itlərin dəstəyi ilə xüsusi təyinatlı mobil cevik qrupları tərəfindən təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş