
ANAMA: Şuşa yolunun minalardan təmizlənməsinə başlanılıb
Şuşaya çəkilən yolun, o cümlədən elektrik xətlərinin və su kəmərinin çəkiləcəyi ərazilərin minalardan təmizlənməsinə başlanılıb.
“Azeri Defence”nin məlumatına görə, bu fikirləri ANAMA-nın Operativ Qərargah rəisi İdris İsmayılov bu gün keçirilən mətbuat konfrasında deyib.
İ.İsmayılovun sözlərinə görə, işlərin nə zaman yekunlaşacağı hələki bəlli deyil: “Həmin ərazi mürəkkəb relyefə malikdir və partlayıcı maddələr, əsasən, əllə təmizlənir. Ona görə də işlərin hansı müddətdə başa çatacağını söyləmək çətindir”.
KATEQORIYA: Xəbərlər