ANAMA tərəfindən Ağstafada çox sayda partlamamış sursat zərərsizləşdirilib

ANAMA tərəfindən Ağstafada çox sayda partlamamış sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) iyulun 25-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ağstafa rayonu, Tatlı kəndi ərazisində patron və mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Azeri Defence saytına verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Ağstafa rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunan ərazidə yol kənarına baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 6 ədəd partlamamış hərbi sursat, 3 ədəd təlim məqsədli mərmi, 5 ədəd tərkibində partlayıcı maddə olmayan mərmilər və 8 770 ədəd müxtəlif çaplı patronlar aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Hərbi təyinatlı əşyaların ətrafında 180 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş