ANAMA tərəfindən bir həftə ərzində Ağdamda 6 mindən çox mina zərərsizləşdirilib

ANAMA tərəfindən bir həftə ərzində Ağdamda 6 mindən çox mina zərərsizləşdirilib

Ermənistan Ordusu tərk etdiyi Ağdamda demək olar ki hər yeri minalayıb.

Bu barədə “Azeri Defence”ə açıqlamasında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ qərargahının rəhbəri İdris İsmayılov bildirib.

ANAMA nümayəndəsinin sözlərinə görə, noyabrın 21-dən bu günədək 7 kilometrlik Əfətli-Ağdam şəhəri avtomobil yolunun ətrafı, elektrik xətti çəkiləcək yerlər, İmarət stadionunun ərazisi, Ağdam məscidinin ətrafı, Xurşidbanu Natəvanın məqbərəsinin, Çörək muzeyinin ətrafı, Şəhidlər xiyabanının ərazisi yoxlanılaraq mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənib.

Minatəmizləmə əməliyyatınınn sürətli həyata keçirilməsi üçün mexaniki minatəmizləmə maşınlarından da istifadə olunub.

İdris İsmayılovun sözlərinə görə, Ağdamda minatəmizləmə əməliyyatlarının keçirildiyi ərazilərdən 4229 ədəd piyada əleyhinə mina, 2 minə yaxın tank əleyhinə mina və 730-dan çox PHS tapılaraq zərərsizləşdirilib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş