ANAMA tərəfindən cəbhəboyu zonada təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib

ANAMA tərəfindən cəbhəboyu zonada təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib

Sentyabrın 27-29-da Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Ağdaş, Bərdə, Beyləqan, Biləsuvar, Goranboy, Naftalan, Füzuli, Tərtər və Hacıqabul rayonları ərazisinə Ermənistan silahlı qüvvələri tərəfindən atılmış mərmilərin həyətyanı sahələrə, yol kənarına, otlaq və əkin sahəsinə düşməsi barədə Daxili İşlər Nazirliyinin 102 – Zəng Mərkəzi Xidmətindən 32, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 3 və Dövlət Sərhəd Xidmətindən 1 müraciət daxil olub.

ANAMA-dan Azeri Defence saytına vrilən məlumata görə, daxil olmuş 36 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupu tərəfindən Ağdam rayonunun “Dördyol-1”, Quzanlı qəsəbələri və Çəmənli kəndi, Ağcabədi rayonunun Qaradolaq, Ağgöl, Avşar, Hacılar kəndləri, Tərtər rayonunun Qaynaq, Sarıcalı, Çəmənli kəndləri və Şıxarx qəsəbəsi, Füzuli rayonunun Şükürbəyli və Horadiz kəndləri, Goranboy rayonunun Qaramusalı, Həmənli, Qaraçinar, Boluslu, Meşəli, Qırıqlı kəndləri, Biləsuvar rayonunun Nəriman kəndi, Naftalan rayonunun Qaşaltı kəndi və Hacıqabul rayonu ərazisində DİN-in və DSX-nin əməkdaşları ilə birlikdə 34 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirib.

Aparılmış təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri bir ədəd aviabomba (OFAB-100), altı ədəd raket, bir ədəd raketinin arxa hissəsi (dolu) və iki ədəd döyüş başlığı, iki ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator, bir ədəd dron (partladıcısı yerində zərərsizləşdirilib. İki ədəd raketin mikrosxeması və dörd ədəd partlamış raket hissələri aşkarlanıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş