ANAMA tərəfindən Gəncədə 100-ə qədər top mərmisi aşkar edilib

ANAMA tərəfindən Gəncədə 100-ə qədər top mərmisi aşkar edilib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Gəncə şəhəri, Nizami rayonu, Gəncə Avtomobil Zavodunun yaxınlığında 25-30 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan “AzeriDefence”ə verilən məlumata görə, Agentliyin mütəxəssisləri və Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə məişət tullantıları sahəsinə baxış keçirilib.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əraziyə sonradan atılan, kustar üsulla bir hissəsi utilizasiya olunan 53 ədəd 122 mm-lik top mərmisi, 7 ədəd 100 mm-lik top mərmisi, 36 ədəd 76 mm-lik top mərmisi, 3 ədəd 122 mm-lik top mərmisinin gilizi, həmçinin tərkibində partlayıcı maddə olmayan 1 ədəd 122 mm-lik top mərmisi və 2 ədəd boş giliz aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərmilərin ətrafında 450 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

 

 

 

 

 

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş