ANAMA: Tərtər-Suqovuşan yolunun mina və PHS-dən təmizlənilməsi əməliyyatı başa çatıb

ANAMA: Tərtər-Suqovuşan yolunun mina və PHS-dən təmizlənilməsi əməliyyatı başa çatıb

Tərtər rayonundan Suqovuşan kəndinə çəkiləcək avtomobil yolunun mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənilməsi əməliyyatı başa çatıb.

Bu barədə “Azeri Defence”ə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlkdən (ANAMA) məlumat verilib.

Məlumatda bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində 118 ədəd piyada əleyhinə mina, 99 ədəd tank əleyhinə mina, 4 ədəd tank əleyhinə minanın partladıcısı və 7 ədəd partlamamış hərbi sursat (cəmi: 228 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş