ANAMA tərəfindən 15 il ərzində humanitar minatəmizləməyə dair 160 təlim kursu keçirilib

ANAMA-nın Təlim, Tədqiqat və Keyfiyyətə Təminat Qurumu (TTKT) tərəfindən 2001-ci ildən 2015-ci ilin sonunadək Humanitar Mina Aksiyası sahələri üzrə 160 təlim kursu keçirilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə ANAMA-nın İş Planında qeyd olunub.

Təlimlərdə 1641 nəfərdən artıq müdavim iştirak edib. Onlardan 305 nəfəri əcnəbilər olub.

Ötən il ANAMA TTKT Qurumu tərəfindən Azərbaycan Daxili İşlər Nazirliyinin sifarişi əsasında Daxili Qoşunların şəxsi heyəti üçün fərqli vaxtlara 4 Əsas Humanitar Minaaxtarma Kursu keçirilib. BMT-nin IMAS standartları üzrə biliklrin tədris olunmasında məqsəd bu sahənin Daxili Qosunların xidməti imkanları sırasına inteqrasiya etmək olub.

Bundan başqa, 2015-ci ildə TTKT qurumu tərəfindən Gürcüstan Müdafiə Nazirliyinin “Delta” Hərbi-Elmi Mərkəzinin 4 nəfər əməkdaşı üçün “FEREX DLG Operatoru Kursu” keçirilib. Bu təlim ANAMA tərəfindən Gürcüstan üçün keçirilmis sayca 14-cü təlim kursu olub.

KATEQORIYA:
Bu xəbəri paylaş