ANAMA və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi arasında anlaşma memorandumu imzalanıb

Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi ilə ANAMA arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə “AzeriDefence”yə ANAMA-dan məlumat verilib.

Layihəyə əsasən Böyük Britaniya Hökümətinin maliyyə dəstəyi ilə ANAMA tərəfindən sərhədyanı rayonlarda evlərin, pay torpaqlarının və əkin sahələrinin Mina və PHS-lərdən təmizlənməsi nəzərdə tutulur. Layihə 2016-cı ilin sentyabr ayının ikinci yarısında başlayacaq və 2017-ci ilin mart ayında tamamlanacaq.

Tədbirdə iştirak edən Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Carole Crofts və səfirlik nümayəndələrinə ANAMA-nın fəaliyyətini əks etdirən prezentasiya təqdim olunub. Səfir öz nitqində insanların mina və PHS-lərlə çirklənmiş həyətyanı sahələrdə yaşama və işləmələrinin, eləcə də yerli kənd sakinlərinin partlayış təhlükəsi səbəbindən torpaq sahələrindən istifadə edə bilməmələrinin dəhşətli olduğunu və bu kimi halların qarşısının alınması məqsədi ilə Britaniya Hökuməti səy göstərdiyini qeyd edib.

Böyük Britaniya Höküməti ilə Agentlik arasında bu cür Layihələrin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.

dsc01216

dsc01227-1

dsc01229-1

KATEQORIYA:
Bu xəbəri paylaş