ANAMA: Xızıda partlayan anbardan ətrafa dağılan 63 partlamamış sursat götürülüb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunları ilə birgə keçirilmiş təmizləmə əməliyyatları barədə məlumat yayıb.

Bu barədə “AzeriDefence”yə ANAMA-dan məlumat verilib.

Məlumatda qeyd olunub ki, avqustun 28-də hərbi hissənin ətrafına, 1 ferma ərazisinə, 1 əkin sahəsinə, Stalçay kənd orta məktəbinin həyətinə, dəmir yolu xəttinə, rabitə qovşağının həyətinə, 6 ev və həyatyanı sahəyə baxış keçirilmiş, 27 ədəd partlamamış hərbi sursat və 15 ədəd partlamış-yanmış sursat qalıqları aşkar olunaraq götürülüb, nəticə etibarilə 320 000 kv.m əraziyə yoxlanılıb.

Ümumiyyətlə, 2 gün ərzində 320 000 kv. m (32 ha) əraziyə baxış keçirilib, 36 ədəd partlamamış hərbi sursat və 37 ədəd partlamış-yanmış sursat qalıqları aşkar olunaraq götürülüb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi və Stalçay kəndləri ərazisində 259 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş