ANAMA Xocavənd rayonunda minaatan və top mərmiləri aşkar edib

ANAMA Xocavənd rayonunda minaatan və top mərmiləri aşkar edib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Xocavənd rayonu, Haramı düzü adlanan ərazidə 2 müxtəlif əkin sahəsində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan “AzeriDefence”ə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Xocavənd rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Xocavənd rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə Xocavənd rayonu ərazisində Haramı düzü adlanan əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 82 mm-lik minaatan mərmisi (O-832) və 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaatan və top mərmilərinin ətrafında 150 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş