ANAMA: Yanvar ayı ərzində 89 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib

2016-cı ilin yanvar ayı ərzində 1 571 130 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Bu barədə məlumatı “AzeriDefence”yə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidmətindən verilib.

Bunlardan 89 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib. İndiyədək 316 302 056 kvadrat metr ərazi təmizlənilib.

Tapılıb zərərsizləşdirilən mina və PHS-lərin sayı isə 714 027-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Qazax, Ağstafa, Ağcabədi, Ağdam, Gəncə, Samux, Füzuli və Tərtər rayonlarında davam etdirilir.

2016-cı ilin yanvar ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş