ANAMA yeni mina detektorları almaq niyyətindədir

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) növbəti partiya mina detektorlarını almağa hazırlaşır. Bu barədə “AzeriDefence”yə eksklüziv açıqlamasında ANAMA-nın Əməliyyat departamentinin meneceri Samir Poladov məlumat verib.

ANAMA-nın əllə minatəmizləmə əməliyyatları üçün yeni avadanlıqlar almaq planı olduğunu deyən S. Poladov alınacaq detektorların sayı barədə məlumat verməyib.

“Bu Minelab F-3 detektorları da ola bilər. “Forester” şirkəti də öz təkliflərini verib. Ona da baxıla bilər”, – deyə ANAMA nümayəndəsi vurğulayıb.

Yeni detektorların Türkiyə-Suriya sərhədində keçiriləcək əməliyyatlarda istifadəsi nəzərdə tutulur.

KATEQORIYA:
Bu xəbəri paylaş