Anar Eyvazov: “Düşmənin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib”

Anar Eyvazov: “Düşmənin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib”

Cəbhənin müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri zədələnib, ekipaj üzvləri xüsusi peşəkarlıq göstərərək helikopteri qoşunlarımızın nəzarət etdiyi əraziyə endirməyi bacarıblar. Canlı itki yoxdur. Qoşunlarımızın sürətli əks-hücum əməliyyatları davam edir.

Azeri Defence xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov jurnalistlərə açıqlamasında deyib.

Əhali arasında ajiotaj və süni çaşqınlıq salmamaq, həmçinin hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək məqsədilə sosial şəbəkə istifadəçilərini, elektron media və digər kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq.

Cəbhəboyu zonada baş verən hadisələrlə bağlı mətbuata və ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş