Anar Eyvazov: “İşğal altındakı bütün torpaqlarımız azad ediləcək”

Anar Eyvazov: “İşğal altındakı bütün torpaqlarımız azad ediləcək”

Gəncə, Goranboy və Horadiz istiqamətində düşmənin 6 ədəd pilotsuz uçuş aparatı məhv edilib.

Azeri Defence saytının məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

Mətbuat katibi bildirib ki, Azərbaycan qoşunları bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.

“Azərbaycan Ordlusu yüksək texnoloji vasitələrlə düşməni qat-qat üstələyib. Yaxşı olar ki, düşmən komandirlərimizin yüksək peşəkarlığı, düşmənin dərk edə bilməyəcəyi üsullarla taktika yeritməsini, hərb elminə yeniliklər gətirməsini etiraf etsinlər. Ordumuzun arsenalında olan yüksək dəqiqlikli texnoloji silahlar geniş miqyaslı taktiki təlimlərdə tətbiq olunub, hərbi qulluqçular tərəfindən tam olaraq mənimsənilib”, – deyə Anar Eyvazov vurğulayıb.

O bildirib ki, düşmənin 30 illik müddətində müdafiə xətti, muzdlu döyüşçülərin təcrübəsi heç nəyə yaramır, idarəetmələri iflic vəziyyətindədir: “Azərbaycan Ordusunun dayağı Ordu-Xalq birliyidir. Azərbaycan Ordusu Ali Baş Komandanın hər çıxışından ruhlanır, irəli atılır, döyüş meydanında böyük peşəkarlıq nümayiş etdirir. Bir daha əmin edirik ki, Ali Baş Komandanın əmrinə uyğun olaraq işğal altındakı bütün torpaqlarımız azad ediləcək”.

KATEQORIYA:
Bu xəbəri paylaş