Anar Eyvazov: Strateji yüksəkliklərin azad olunması Azərbaycan Ordusunun yüksək döyüş ruhunun və bacarığının bariz nümunəsidir

Anar Eyvazov: Strateji yüksəkliklərin azad olunması Azərbaycan Ordusunun yüksək döyüş ruhunun və bacarığının bariz nümunəsidir

“Cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edir”.

Azeri Defence saytının məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib.

Anar Eyvazov bildirib ki, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən könüllülər qorxaraq döyüşə girməkdən imtina edir: “Bunun əvəzində Ermənistan Müdafiə Nazirliyi tərəfindən qadın batalyonu yaradılır. Ordumuz Madagiz istiqamətində hakim yüksəklikləri azad edib. Cəbrayıl-Fizuli istiqamətində düşmənin müqaviməti qırılıb və geri çəkilməyə məcbur edilib. Murov istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır”.

Anar Eyvazov deyib ki,sStrateji yüksəkliklərin azad olunması Azərbaycan Ordusunun yüksək döyüş ruhunun və bacarığının bariz nümunəsidir: “Torpaqlarımızı işğaldan azad ediləcək. Qələbə bizimlədir!”.

KATEQORIYA:
Bu xəbəri paylaş