Anjey Kaspşik Qarabağa, ermənilərin çağırışına gəldi

ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik cəbhədə vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq, Ermənistana və oradan da Xankəndinə gəlib.

Bu barədə “AzeriDefence” erməni mediasına istinadən məlumat verib.

Kaspşik Ermənistan Müdafiə Nazirliyinin təcili dəvəti ilə İrəvana səfər edib. Ermənistan və
Qarabağdakı separatçı rejimin nümayəndələri ilə görüşdə ona cəbhədəki vəziyyət barədə məlumat verilib.

Erməni mediasının yazdığına əsasən, A. Kaspşiklə görüşdə Azərbaycan tərəfinin atəşkəsi pozması və iriçaplı silahlar tətbiq etməsi şikayət edilib.

Qeyd edək ki, son 10 gün ərzində Ermənistan Ordusu tərəfindən cəbhə xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri, eləcə də yaşayış məntəqələri intensiv atəşə tutulur. Nəticədə həm əsgərlər, həm də mülki sakinlər arasında, içərisində qadın və uşaqlar da daxil olmaqla yaralananlar var.

Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində Ermənistan Ordusu 20-dən artıq hərbçisini itirib.

Azərbayca Silahlı Qüvvələrinin həyata keçirdiyi cavab tədbirləri nəticəsində Ermənsitanın İcevan, Tavuş, Berd və digər rayonlarının sərhədyanı yaşayış məntəqələrində yerli əhali arasında ajiotaj yaranıb. Sərhədyanı yaşayış məntəqələrindən əhali təxliyə edilir.

KATEQORIYA:
Bu xəbəri paylaş