“Anka-B” PUA-nın SARPER faydalı yükü ilə testləri tamamlanıb

Türkiyənin TAİ şirkəti tərəfindən istehsal edilən “Anka” pilotsuz uçuş aparatının (PUA) “Blok B” konfiqurasiyasının SARPER faydalı yükü ilə qəbul testləri tamamlanıb. Bu barədə “AzeriDefence” Türkiyə mediasına istinadən məlumat verib.

Radar siqnallarını görüntüyə çevirməkdə istifadə olunan texnologiya sayəsində “Anka”ya gecə və gündüz, yağış, qar və duman kimi mənfi hava şərtlərinin hamısında, buludların üstündən müşahidə etmə qabiliyyəti qazandırılıb.

Bununla da PUA-ların müşahidə imkanlarını məhdudlaşdıran buludlanma problemi öz həllini tapıb.

Qeyd edək ki, “Blok B” konfiqurasiyası 2013-cü ildə “Anka”nın qəbulu tamamlanmış “Blok A” konfiqurasiyasında əldə olunan təcrübə əsasında hazırlanıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş