“Anka-S” PUA-nın ilk partiyası gələn il təhvil verilir

“Anka” pilotsuz uçuş aparatının “Anka-S” konfiqurasiyası 2017-ci ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olacaq.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyi “Twitter” məlumat yayıb.

TUSAŞ şirkətinin yaydığı məlumata görə, “Anka-S” PUA-nın qəbulu tamamlanıb və 200 kq faydalı yük ilə 30000 fut yüksəklikdə 24 saat uçuş qabiliyyəti sübuta yetirilib.

Türk Havacılık və Uzay Sanayii A.Ş. (TUSAŞ) şirkəti tərəfindən “Anka” pilotsuz uçuş aparatının (PUA) peyk kontrollu konfiqurasiyası olan “Anka-S” layihəsi çərçivəsində ilk 6 PUA-nın 2017-ci ildə sifarişçiyə çatdırılması planlaşdırılır.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş