ANKA seriyalı istehsala hazırdır

ANKA pilotsuz uçuş aparatı (PUA) seriyalı istehsala hazırdır. “AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyə mediasına TAİ şirkətinin baş direktoru Məhərrəm Dörtkaşlı bildirib.

Şirkət rəhbərinin sözlərinə görə, hazırda bu PUA ilə tək Türkiyə Silahlı Qüvvələri deyil, digər dost ölkələr də maraqlanmaqdadır.

M. Dörtkaşlının sözlərinə görə, artıq PUA-nın seriyalı istehsalı ilə bağlı bütün texniki şərait mövcuddur.

Şirkət rəhbəri bildirib ki, PUA-da yalnız kompüter qutusu İsraildən alınıb və bu da elə bir ciddi mexanizm deyil. Seriyalı istehsal prosesi başlandıqdan sonra bu avadanlıq da yerli analoqu ilə əvəzlənəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş