Ankarada Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə komanda-qərargah təlimi başlayıb

Ankara şəhərində Türkiyə, Azərbaycan və Gürcüstan hərbçilərinin iştirakı ilə “Eternity-2015” (“Sonsuzluq-2015”) komputer dəstəkli komanda-qərargah təlimi başlayıb.

Bu barədə “AzeriDefence” Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat verib.

Təlim Türkiyə Quru Qoşunlarının Təlim-Nəzarət Mərkəzindən icra edilir.

Oktraybrın 9-dək davam edəcək təlimin məqsədi Türkiyə, Azərbaycan və Gürcüstan Quru Qoşunları və əsas ixrac boru kəmərlərinin təhlükəsizliyinə cavabdeh qurumlar arasında təlim və əməkdaşlıq səviyyəsini yüksəltməkdir.

Təlimə Türkiyədən 19 (16 nəfər Quru Qoşunları, 1 nəfər Jandarma Baş Komandanlığı və 2 nəfər BOTAŞ şirkətindən), Azərbaycandan 11 və Gürcüstandan 12 nəfər olmaqla ümumilikdə 42 nəfər qatılıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş