Ankarada “Hürkuş-B” hərbi təyyarəsi qəzaya uğrayıb

Ankarada “Hürkuş-B” hərbi təyyarəsi qəzaya uğrayıb

Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal edilən “Hürkuş-B” hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

Bu barədə “AzeriDefence” “Savunmasanayist”ə istinadən məlumat verib. Hadisə ilə bağlı TUSAŞ şirkətindən verilən açıqlamaya görə, bu gün yerli vaxtla saat 12:30 radələrində sınaq uçuşları zamanı “Hürkuş-B” təyyarəsi Ankara şəhərinin Bəybazar bölgəsində qəzaya düşüb.

Qəza zamanı təyyarədə olan iki pilot xəstəxanaya yerləşdirlib, səhhətləri qənaətbəxş hesab olunur. Hadisənin başvermə səbəbi ilə bağlı araşdırmalar aparılır.

Məlumatda o da qeyd edilib ki, Türkiyə Hərbi Hava Qüvvələrinin sifarişi əsasında TUSAŞ tərəfindən “Hürkuş-B” təyyarələrinin istehsalı həyata keçirilir. 15+40 ədəd sifariş çərçivəsində istehsalda olan “Hürkuş-B” təyyarələrinin ilk partiyası 2020-ci il ərzində sifarişçiyə verilməsi planlaşdırılırdı.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş