Ankarada I Yer Sistemləri Seminarı keçiriləcək

Türkiyə Müdafiə Sənayesi Katibliyinin təşkilatçılığı ilə bu il noyabrın 27-də Ankarada birinci “Yer Sistemləri Seminarı-2012”nın (1st Land Systems Seminar) keçirilməsi planlaşdırılır. Bu barədə “AzeriDefence” Seminarın saytına istinadən məlumat verib.

Artıq bir neçə ildir uğurla icra olunan Dəniz Sistemləri Seminarına bənzər təşkil olunacaq bu tədbirdə Türkiyədən yerli istehsalçılarla yanaşı, xarici ölkələrdən müxtəlif müdafiə şirkətlərinin, araşdırmaçıların və müxtəlif qurumları təmsil edən şəxslərin iştirakı gözlənilir.

Seminar Orta Doğu Texnik Universitetində təşkil olunacaq.

Seminara dinləyicilərin qatılımı ödənişsizdir.

Seminarın web saytı: www.karasistemlerisemineri.com
E-mail: kss@karasistemlerisemineri.com

KATEQORIYA:
Bu xəbəri paylaş