Apache Block III ilk sınaqlarını uğurla keçdi

ABŞ ordusu AH-64 Apache Block III zərbə helikopterinin ilk sınaqlarını müvəffəqiyyətlə başa vurub. Bu barədə “AzeriDefence” “Boeing” şirkətinə istinadən məlumat verib.

Yeni helikopter 2013-cü ildən etibarən uçuşlara başlayacaq. Helikopter yeni transmissiya və güclü mühərriklə təchiz edilib. AH-64 Apache Block III helikopterlərinin ən əhəmiyyətli üstünlüyü isə yeni bort elektronikası olub. Belə ki, helikopterin hesablama modulu MQ-1C “Gray Eagle”-də daxil olmaqla Q diapozonunda çalışan pilotsuz uçuş aparatlarını yönəltməyə bacarıqlıdır.

AH-64 Apache Block III saatda 300 kilometrə sürətlə və 2 min kilometrə qədər məsafə qət etmək imkanına malikdir. Helikopterin silahlanmasına 30 mm-lik top, “Hydra-70” idarə olunmayan raketlər, həmçinin “hava-səth” sinifli AGM-114 Hellfire və “hava-hava” sinfli AIM-92 Stinger və AIM-9X Sidewinder raketləri daxildir.

Qeyd edək ki, ABŞ ordusu 2026-cı ilədək ümumilikdə 690 ədəd AH-64 Apache Block III helikopterini silahlanmaya daxil etmək niyyətindədir.

KATEQORIYA:
Bu xəbəri paylaş