APKWS raketi pilotsuz aparatların silahlanmasına daxil ediləcək

BAE Systems şirkətinin istehsal etdiyi 70 mm çaplı APKWS (Advanced Precision Kill Weapon System) raketinin pilotsuz uçuş aparatlarında tətbiqi planlaşdırılır. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə BAE Systems şirkəti məlumat yayıb.

Raket MQ-8B Fire Scout pilotsuz helikopterə inteqrasiya olunacaq. Bununla bağlı istehsalçı şirkət ilə ABŞ Dəniz Qüvvələri arasında müqavilə imzalanıb.

Qeyd edək ki, bundan əvvəl APKWS zərbə helikopterlərinə qurulub.

KATEQORIYA:
Bu xəbəri paylaş