APKWS raketinin nəqliyyat vasitəsi üzərindən sınaq atışları keçirilib

APKWS raketinin nəqliyyat vasitəsi üzərindən sınaq atışları keçirilib

“BAE Systems” şirkəti ilk dəfə olaraq nəqliyyat vasitəsinə quraşdırılmış silah sistemindən lazerlə idarə olunan APKWS raketinin sınaq atışlarını tamamlayıb.

Bu barədə “AzeriDefence” “BAE Systems” şirkətinin saytına istinadən məlumat verib.

Atış sınaqlarının uğurla tamamlandığını açıqlayan şirkətin məlumatına görə, sınaqlar “Arnold Defence” şirkəti ilə birlikdə ABŞ Ordusunun Yuma poliqonunda keçirilib.

Raketlərin atışı “Arnold Defence” şirkətinin 2.75 düym (70 mm) “Fletcher” qurğusundan həyata keçirilib.

“Arnold Defence”nin baş direktoru Jim Hagerin sözlərinə görə, gələcəkdə bu sistemin müxtəlif növ nəqliyyat vasitərindən dəniz platformalarına qədər inteqrasiyası planlaşdırılır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş