Aprel döyüşləri ilə bağlı Azərbaycandan Avropa Məhkəməsinə 700 ərizə göndərilib

2016-cı ilin aprel döyüşləri ilə bağlı Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 700 ərizə göndərilib və həmin işlər artıq icraata götürülüb.

“AzeriDefence”nin “Trend”ə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov bu gün Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Ç.Əsgərov bildirib ki, Dağlıq Qarabağda ermənilər tərəfindən cinayətlər törədilib. Bu cinayətlər hələ də davam edir. Orada Ermənistan tərəfindən dəvət edilən şirkətlər iş aparırlar: “Azərbaycana məxsus tarixi abidələrdə dəyişiklik edilir. Ermənilər Dağlıq Qarabağdan iqtisadi sahədə də istifadə edirlər, orada istehsal olunan malları öz malları kimi təqdim edirlər. Bu, cinayətdir. Ona görə də bu cinayətlərin qarşısı alınmalıdır. Bu baxımdan bu gün müzakirə edilən qanun layihəsinin qəbulu mühüm əhəmiyyət kəsb edir”.

KATEQORIYA:
Bu xəbəri paylaş