AR-2 “hava-səth” tipli raketin sınaqları keçirilib

Çin yaxın mənzilli AR-2 “hava-səth” tipli həssas başlıqlı raketin sınaqlarını keçirib.

“AzeriDefence”nin məlumatın görə, bu barədə Çin mediası xəbər yayıb.

AR-2 raketi Çinin “China Aerospace Science and Technology Corporation” (CASC) şirkətinin istehsalı olan CH sinifli faydalı yük daşıyan pilotsuz uçuş aparatları (PUA) üçün hazırlanıb.

AR-2 yarı aktiv marşrut təyini (Semi-Active Laser-Homing/SALH) xüsusiyyətli 5 kiloqramlıq döyüş başlığı ilə təchiz olunub.

AR-2 raketinin bundan əvvəlki AR-1 modelində 25 kq yüngül, 20 kq çəkisi var.

Atış mənzili 8 km olan AR-2 raketi zirehli nəqliyyat, tikili, sığınacaq kimi hər cür yer hədəflərinə qarşı istifadə olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş