
AR-500C PUA uçuş sınaqlarını tamamlayıb
Çinin AVIC (“Aviation Industry Corporation of China”) şirkəti tərəfindən hazırlanan AR-500C indeksli pilotsuz uçuş aparatın ilk uçuş sınaqları tamamlanıb.
“AzeriDefence” xəbər verir ki, AVIC şirkətinin məlumatına görə, Jiangxi əyalətində keçirilən AR-500C PUA-nın uçuş sınaqları uğurla tamamlanıb.
Helikopter tipli AR-500C PUA Çinin plato bölgələrində istifadə üçün nəzərdə tutulub.
AR-500B əsasında hazırlanan AR-500C PUA-nın maksimum uçuş çəkisi 500 kq, uçuş hündürlüyü 5000 metr təşkil edir. Vertikal qalxma və enmə (VTOL) xüsusiyyətlərinə malik PUA-nın havada qalma müddəti 5 saat, maksimum uçuş sürəti 170 km/saatdır.
KATEQORIYA: Xəbərlər