“Araz” zavodunda xəsarət alanlardan bir neçəsi evə buraxılıb

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan “Araz” zavodunda baş vermiş hadisə zamanı xəsarət alanlardan bir neçəsi evə buraxılıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin məbuat xidmətindən məlumat verilib.

İyulun 26-da MSN-nin Şirvan şəhərində yerləşən “Araz” zavodunda baş vermiş hadisə zamanı xəsarət alan və xəstəxanaya yerləşdirilənlərdən 4 nəfəri bu gün səhər saatlarında evə buraxılıb, bir neçəsinin isə gün ərzində evə buraxılacağı bildirilir.

Xəsarət alanların digərlərinin müalicəsi həkim nəzarəti altında davam etdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş