ARDDA-da NATO ekspertləri ilə görüş olub

Azərbaycan Dövlət Dəniz Adminstrasiyasında (ARDDA) NATO-nun dəniz nəqliyyatı sahəsi üzrə ekspertlərdən ibarət qiymətləndirmə qrupuilə görüş olub. Bu barədə “AzeriDefence”yə ARDDA-nın mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın NATO ilə əməkdaşlığı çərçivəsində, martın 4-də başlamış səfər 4 gün davam edəcək. Səfər Azərbaycan ərazisində dəniz təhlükəsizliyi sisteminin vəziyyətinin qiymətləndirilməsi, o cümlədən gəmilərin mövcud üzmə rejiminin və liman vasitələrinin mühafizəsinin təkmilləşdirilməsi, habelə gəmilərin hərəkətlərinə nəzarət mexanizmlərinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlər ilə tanışlıq məqsədi daşıyır.

Görüş zamanı ARDDA rəisi Qüdrət Qurbanov son illər ərzində Azərbaycanın digər sahələrlə yanaşı, dəniz nəqliyyatı sahəsində də əldə etdiyi uğurlardan danışıb. Bunun bariz nümunəsi kimi ADDA nəzdində Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin yaradılmasını qeyd edib.

Qonaqlar Milli Mərkəzin fəaliyyəti ilə tanış olarkən onlara Mərkəzin funksiyalarına Azərbaycanın ərazi sularında üzən gəmilərin mövqeyinin peyk və radarlar vasitəsi ilə izlənilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə çatdırılması, ”Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”na riayət olunmasına nəzarətin həyata keçirilməsi, gəmilərdən daxil olan həyəcan siqnallarının (SOS) və digər əldə edilmiş məlumatların aidiyyəti dövlət qurumlarına çatdırılmasının təmin edilməsi və koordinasiyanın təşkili, habelə beynəlxalq təşkilatlar daxil olmaqla, digər ölkələrin eyni adlı Milli Mərkəzləri və gəmiçilik şirkətləri ilə mütəmadi olaraq operativ əlaqənin yaradılması və informasiya mübadiləsinin həyata keçirilməsinin daxil olmasına dair məlumat verilib.

ADDA əməkdaşları ilə keçirilən geniş tərkibli görüşdə Administrasiyanın fəaliyyətinin bir çox istiqamətləri üzrə məsləhətləşmələr aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş