ARES tərsanəsinin Qatar üçün istehsal etdiyi katerlər ASELSAN silah sistemlərinə sahib olacaq

Türkiyənin ARES Tərsanəsinin Qatar Sahil Təhlükəsizlik Qüvvələri üçün inşa etdiyi katerlər ASELSAN şirkətinin uzaqdan komandalı silah sistemləri ilə silahlandırılacaq.

Bu barədə “AzeriDefence”yə ASELSAN şirkətindən məlumat verilib.
Qatar Sahil Təhlükəsizlik Qüvvələri ilə ARES arasında 17 katerin satışına dair müqavilə 2014-cü ildə imzalanıb.

Bununla bağlı, ASELSAN və ARES arasında ARES tərəfindən istehsal olunan katerlərə ASELSAN-ın 30 mm-lik “Mühafiz” və 12.7 mm-lik STAMP silah sistemlərinin satışı və katerlərə inteqrasiya olunmasına dair müqavilə imzalanıb.

imza töreni

ARES Tekne 2

stamp

 

MUHAFIZ_

KATEQORIYA:
Bu xəbəri paylaş