ARES Tərsanəsi Türkiyə Sahil Mühafizəsinə inşa etdiyi 10 kateri təhvil verdi – FOTO

Türkiyənin Antalya ölgəsində yerləşən ARES Tərsanesi tərəfindən DEARSAN şirkətinin sifarişi ilə inşa olunan 10 ədəd ARES 42 HECTOR sahil təhlükəsizlik kateri bu gün Türkiyə Sahil Mühafizəsinə təhvil verilib.Bu barədə “AzeriDefence”yə ARES Tərsanəsindən məlumat verilib.

Mərasimə Türkiyənin daxili işlər naziri Müəmmar Gülər və Sahil Təhlükəsizlik komandanı, vitse-admiral Adnan Özbal, ARES Tərsanəsinin idarə heyətinin sədri Kərim Kalafatoğlu, DEARSAN idarə heyətinin sədri Tanər Akkaya və digər şəxslər qatılıb.

Antalyada 2005-ci ildə yaradılmış ARES Tərsanəsi 2007-ci ildən hərbi və təhlükəsizlik strukturları üçün katerlər istehsal edir. Hazırda şirkət bir körfəz ölkəsi üçün kompozit gövdəli sürətli katerlər istehsalını gerçəkləşdirir.

KATEQORIYA:
Bu xəbəri paylaş