Argentina ABŞ-dan 27 ədəd “Stryker” alacaq

Argentina ABŞ-dan 27 ədəd “Stryker” alacaq

ABŞ Dövlət Departamenti Argentinaya 27 ədəd M1126 “Stryker” piyada döyüş maşınının mümkün Xarici Hərbi Satışına dair qərar qəbul edib.

Bu barədə “Azeri Defence” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən məlumat verib.

Satışın təxmini dəyəri 100 milyon ABŞ dolları təşkil edir.

Satış paketinə 27 ədəd M1126 “Stryker” piyada döyüş maşını, 27 ədəd M2 Flex .50 kalibr pulemyot, AN/VAS-5 sürücü görmə sistemi, AN/VIC-3 maşın içi interkom sistemi, rabitə cihazları, M6 tüstü qumbara buraxıcıları və s. daxildir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş